"Liverpul" dünya çempionatına 23 ulduzla yollanır

6 Dekabr 2019 01:56 İngiltərə 1 202
"Liverpul" dünya çempionatına 23 ulduzla yollanır

"Liverpul" Klublararası Dünya Çempionatının iştirak ərizəsini açıqlayıb. Sportinfo.az xəbər verir ki, baş məşqçi Yurgen Klopp turnirdə xidmətindən yararlanacağı heyəti açıqlayıb.

Turnir Qətərdə təşkil olunacaq. Çempionata "qırmızılar" 3 qapıçı, 6 müdafiəçi, 9 yarımmüdafiəçi, 5 hücumçu ilə qatılacaq. Müdafiəçi Joel Matip və yarımmüdafiəçi Fabinyo zədə səbəbindən yarışda iştirak etməyəcək.

Qapıçılar: Alisson Beker, Adrian, Endi Lonerqan

Müdafiəçilər: Vircil van Deyk, Deyan Lovren, Co Qomes, Endi Robertson, Trent Aleksander-Arnold, Uilyams

Yarımmüdafiəçilər: Corcinyo Veynaldum, Ceyms Milner, Nabi Keyta, Cordan Henderson, Aleks Oksleyd-Cemberleyn, Adam Lallana, Xerdan Şaqiri, Kurtis Cons, Hervi Ellio

Hücumçular: Roberto Firmino, Sadio Mane, Məhəmməd Salah, Rian Bryuster, Divok Oriqi

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq