Klopp 100-ə çatdı

5 Dekabr 2019 13:34 İngiltərə 855
Klopp 100-ə çatdı

"Liverpul" və baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 15-ci turunda yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, Liverpul derbisində "Everton"a 5:2 hesabı ilə qalib gələn alman məşqçinin komandası Premyer Liqada ardıcıl məğlubiyyətsiz oyunlar seriyasını 32-yə çatdırıb. Kloppun isə Premyer Liqada 159-cu görüşdə qazandığı yubiley - 100-cü qələbəsi olub.

Mersisaydlılar bu qarşılaşmaların 27-də qələbə qazanıb, 5 dəfə bərabərə qalıb. "Liverpul" 15 turdan sonra 43 xalla turnir cədvəlinin lideridir. Ən yaxın izləycisi "Lester"i 8 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq