"Liverpul"a indidən kuboku vermək olar"

5 Dekabr 2019 14:26 İngiltərə 1 103
"Liverpul"a indidən kuboku vermək olar"

“Liverpul”un sabiq forvardı Piter Krauç İngiltərə Premyer Liqasında cari mövsüm çempionluq mübarizəsinin faktiki olaraq başa çatdığını bildirib.

Sportinfo.az xəbər verir ki, Krauç cari mövsümün çempionunun “Liverpul” olacağından əminliyini bildirib:

“Məncə, indidən kuboku onlara vermək olar. “Liverpul”un bu cür üstünlükdən sonra çempionluğu əldən verməsini təsəvvür edə bilmirəm.

Hazırda “Liverpul”a ən yaxın komanda “Lester”dir. Ancaq onlar Yurgen Kloppun komandasına qalib gələ bilməz. “Liverpul” ötən mövsüm başladığı işləri davam etdirir. Kloppun komandası qalib gəlir və heç bir səhvə, xal itkisinə yol vermir. Halbuki “Mnaçester Siti” stabilliyi qoruya bilmir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM