"Mançester Yunayted" tarix kitabımda qaldı" - Mourinyo

4 Dekabr 2019 15:45 İngiltərə 766
"Mançester Yunayted" tarix kitabımda qaldı" - Mourinyo

"Tottenhem"in yeni baş məşqçisi Joze Mourinyo keçmiş klubu "Mançester Yunayted" ilə bu gün keçiriləcək çempionat oyunu barədə fikirlərini bildirib.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis “qırmızı şeytanlar"ın onun üçün keçmişdə qaldığını söyləyib:

"Böyük matçları və güclü klublara qarşı oyun keçirməyi xoşlayıram. "Old Trafford"a qayıtmaq - xoşbəxt olduğum yerə dönmək deməkdir.

"Mançester Yunayted"dən ayrıldıqdan sonra ekspert kimi həmin stadionda olmuşam. Amma bu dəfəki səfər bir az fərqlidir. Bu dəfə stadiona "Mançester Yunayted"i məğlub etmək istəyən komandanın çalışdırıcısı kimi daxil olacam. Mənə hörmət göstəriləcəyini gözləyirəm. Amma başa düşürəm ki, onlar istədiklərimin tam əksini istəyir. Mən "Tottenhem"in qalib gəlməsini istəyirəm. Qarşılaşma zamanı təbii ki, məni unudacaq və arzuladıqları nəticəni əldə etmək üçün komandalarına dəstək olacaqlar.

Klubdan ayrılandan sonra baş verənləri təhlil etməyə vaxtım olmayıb. Növbəti çağırışa səbirsizliklə hazırlaşırdım. Səmimi desəm, “Mançester Yunayted” artıq təcrübə kitabımda, tarix kitabımda qaldı. Mən heç vaxt itirmirəm, ya qazanıram, ya da təcrübə yığıram. "Qırmızı şeytanlar"la birlikdə çox şey qazandım və öyrəndim. Mənim üçün bu səhifə artıq bağlanıb.

"İndi "Mançester Yunayted"i rəqib kimi qiymətləndirməməliyəm. Necə oynayırlar? Onları necə məğlub etmək olar? Bizə necə qalib gələ bilərlər? Hazırda mənə bunlar vacibdir".

Qeyd edək ki, "Mançester Yunayted" - "Tottenhem" oyunu Bakı vaxtı ilə 23:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti