"Arsenal"dan son 25 ildə ən uğursuz göstərici

2 Dekabr 2019 16:26 İngiltərə 705
"Arsenal"dan son 25 ildə ən uğursuz göstərici

Unay Emerini istefaya göndərən "Arsenal" uğursuzluq zolağından çıxa bilmir.

Sportinfo.az xəbər verir ki, məşhur isveçli yarımmüdafiəçi Fredrik Lyünberqə tapşırılan London klubu Premyer Liqanın 14-cü turunda autsayder "Norviç" səfərində 1 xalı güclə qazanıb - 2:2.

"Topçular" Premyer Liqadakı qələbəsiz seriyanın sayını 6-ya çatdırıb. Londonluların Avroliqada son 2 matçda da qələbə qazana bilmədiyini nəzərə alsaq, uğursuz seriya 8 oyuna çatıb. Bu, "Arsenal"ın son 25 ildə - 1994-cü ilin dekabr ayından bu yana ən pis göstəricisidir.

Hazırda "Arsenal" 14 turdan sonra 19 xalla 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM