Bekkerin karyerasında "ilk"

1 Dekabr 2019 12:03 İngiltərə 1 477
Bekkerin karyerasında "ilk"

Premyer Liqanın 14-cü turunun "Brayton"la ev qarşılaşmasında qırmızı vərəqə alan "Liverpul"un qapıçısı Alisson Bekker "ilk"ə imza atıb.

Sportinfo.az xəbər verir ki, mersisaydlıların 2:1 hesablı qələbə qazandığı qarşılaşmanın 76-cı dəqiqəsində qırmızı vərəqə alan braziliyalı qolkiper karyerası ərzində ilk dəfə oyundan qovulub.

Cərimə meydanından kənarda əllə oynadığı üçün meydandan xaric edilən 27 yaşlı qapıçı peşəkar karyerası ərzində heç vaxt qırmızı vərəqə almamışdı. O, Premyer Liqanın 15-ci turunun "Liverpul" - "Everton" arasında baş tutacaq Liverpul derbisində komandasına kömək edə bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq