Paytaxt klubunda baş məşqçi postuna 3 namizəd

30 Noyabr 2019 00:24 İngiltərə 1 087
Paytaxt klubunda baş məşqçi postuna 3 namizəd

Unay Emerini istefaya göndərən "Arsenal" yeni baş məşqçi axtarışlarına başlayıb. Sportinfo.az xəbər verir ki, "topçular" yeni çalışdırıcını gələn mövsüm üçün komandaya cəlb etməyi planlaşdırır.

London təmsilçisinin ilk namizədi "Napoli"nin baş məşqçisi Karlo Ançelottidi. İngilislər Neapol klubunda prezidentlə yola getməyən Ançelottinin mövsümün sonuna qədər ayrılacağını düşünür.

Digər variantlar isə Nunu Eşpirito Santu və Mikel Artetadı. "Arsenal" baş məşqçi postuna müvəqqəti olaraq Emerinin köməkçisi Fredrik Yunberqi təyin edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti