Premyer Liqa klubu baş məşqçi ilə yeni müqavilə bağladı

27 Noyabr 2019 00:00 İngiltərə 754
Premyer Liqa klubu baş məşqçi ilə yeni müqavilə bağladı

“Brayton” baş məşqçisi Qraham Potterlə müqavilənin müddətini uzadıb. Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssislə əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayında bitəcəkdi. Amma yeni müqaviləyə əsasən, bu müddət daha iki il uzadılıb. Bir sözlə, ingilis məşqçi 2025-ci ilin yayına qədər bu komandanı çalışdırmağa davam edəcək.

Qraham Potter məşqçilik karyerasına İsveçin “Ostersun” klubunda (2010-2018) başlayıb. Daha sonra “Suonsi Siti”də baş məşqçilik edən mütəxəssis bu ilin may ayında “Brayton”un sükanı arxasına keçib. “Brayton” Premyer Liqada 13 turdan sonra 15 xalla 20 iştirakçı arasında 12-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq