Emeriyə görə "Arsenal"dan ayrılırlar - Lakazett və Obameyanq

26 Noyabr 2019 13:39 İngiltərə 1 722
Emeriyə görə "Arsenal"dan ayrılırlar - Lakazett və Obameyanq

"Arsenal" rəhbərliyi Aleksandr Lakazett və Pyer-Emerik Obameyanqın klubdan getməsindən ehtiyat edirlər. Sportinfo.az "Daily Mail"ə istinadən xəbər verir ki, Unay Emeri baş məşqçi postunda qalsa, hər iki futbolçu müqaviləsini uzatmaya bilər.

London klubunun əksər oyunçuları ispaniyalı məşqçinin iş metodlarından narazıdır. Bir çoxlarının fikrincə, London klubu ispan çalışdırıcını rəhbərliyi altında gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyəcək. Lakazett və Obameyanq klubla yeni müqavilə bağlamağa tələsimirlər. Buna səbəb isə hər iki futbolçunun Emerinin işindən narazı qalmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq