"Ronaldo əvvəlki kimi xeyir verə bilər"

26 Noyabr 2019 12:28 İngiltərə 879
"Ronaldo əvvəlki kimi xeyir verə bilər"

“Yuventus”un əfsanəsi Alessandro Del Pyero Turin klubunun hücumçusu Kriştiano Ronaldo haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, İtaliya millisinin sabiq hücumçusu Ronaldonun A seriyasının 11-ci turu çərçivəsində keçirilən “Milan”la görüşdə əvəzlənərkən Maurissio Sarri ilə yaşadığı mübahisəyə də münasibət bildirib:

“Əlbəttə, bu cür hadisə Ronaldo səviyyəsində olan oyunçular üçün yaxşı deyil. Amma bu məsələni böyütməyə ehtiyac yoxdur. Portuqaliyalının həyatı göz önündədir. O, böyük peşəkardır və komanda yoldaşları da ona hörmətlə yanaşır.

Ronaldo əvvəlki kimi komandaya böyük xeyir verə bilər. Bu mövsüm oyunu o qədər də effektli deyil. Amma fevralda başlayacaq Çempionlar Liqasının pley-off oyunlarında özünü göstərməlidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti