Fransa millisinin futbolçusu Pol Poqba “Mançester Yunayted”də çıxış etmək istəmir. Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qış fasiləsində Mançesteri tərk etmək niyyətindədir.
Bildirilir ki, zədəli olduğu üçün sentyabrın 30-dan bəri komandaya kömək etməyən Poqbanın bərpa prosesi başa çatıb. Buna rəğmən, müxtəlif bəhanələrlə meydana çıxmaqdan boyun qaçırır.
Bunun fonunda, fransalı futbolçunun basketbol oyunayarkən çəkilən videosu klubda ciddi narazılığı səbəb olub. Daha öncə “Mançester Yunayted”in Poqbaya görə 150 milyon avro istədiyi yönündə xəbərlər vardı.
Pol Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib. Onun klubu ilə 2021-ci ilin iyulunadək müqaviləsi var.

