"Mançester Yunayted" 17 yaşlı hücumçu ilə anlaşdı - FOTO

25 Noyabr 2019 18:38 İngiltərə 1 055
"Mançester Yunayted" 17 yaşlı hücumçu ilə anlaşdı - FOTO

"Mançester Yunayted" yayda "Amyen"dən əvəzedici komandaya transfer etdiyi Noam Emeranla rəsmi müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" 2002-ci il təvəllüdlü hücumçu ilə 3 illik müqavilə bağlayıblar. Bu, 17 yaşlı futbolçunun ilk peşəkar müqaviləsi olub.

Fransanın U-18 yığmasında 2 oyun keçirmiş istedadlı forvard Mançester klubunun əsas komandasına qoşulub. Hazırda zədəsinin bərpası ilə məşğuldur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM