23 ildən sonra!

25 Noyabr 2019 16:45 İngiltərə 1 199
23 ildən sonra!

İngiltərə Premyer Liqasının 13-cü turunun "Şeffild Yunayted" - "Mançester Yunayted" oyununda (3:3) maraqlı statistik göstərici qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, qonaqların heyətində fərqlənən 3 futbolçunun heç birinin 23 yaşı tamam olmayıb. Brendon Uilyams (19 yaş), Meyson Qrinvud (18) və Markus Reşford (22) son 23 ildə Mançester klubunun heyətində 23 yaşa qədər 3 qol vuran futbolçular olublar.

"Qırmızı şeytanlar"ın heyətində 23 yaşına çatmamış futbolçuların 3 qol vurması sonuncu dəfə 1996-cı ildə olub - Rayan Giqqz (22), Pol Skoulz (21) və Devid Bekhem (20) fərqləniblər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM