"İstədiklərini verməliydik”

25 Noyabr 2019 10:05 İngiltərə 1 112
"İstədiklərini verməliydik”

“Arsenal”ın baş məşqçisi Unay Emeri Premyer Liqanın 13-cü turunda “Sauthempton”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Emeri 2:2 hesabıyla bitən görüş haqda bunları deyib:

“Məyusuq. Qazanmaq üçün kifayət qədər imkanlarımız oldu, ancaq bacarmadıq. Oyunboyu azarkeşlər bizə möhtəşəm dəstək göstərdi. Azarkeşlərimizi başa düşürəm. Onlara istədiklərini verməliydik.

Futbolçularımın qazanma istəyi var idi. Ancaq oyunumuzu 90 dəqiqəyə yaya bilmədik. Yenə də, meydanda sonuna qədər döyüşən komanda var idi”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM