Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı

20 Noyabr 2019 01:10 İngiltərə 1 128
Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı

"Tottenhem" baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərib. Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, argentinalı çalışdırıcının müqaviləsi qarşılıqlı razılaşma əsasında pozulub.

47 yaşlı mütəxəssis 2014-cü ildən London klubunu çalışdırırdı. "Tottenhem" ötən mövsüm ÇL-in finalında "Liverpul"a 0:2 hesabı ilə uduzmuşdu. Komanda bu mövsüm Premyer Liqada 12 turdan sonra topladığı 14 xalla 14-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM