Poçettino barədə son qərar - QALIR, YOXSA GEDİR?

19 Noyabr 2019 14:56 İngiltərə 531
Poçettino barədə son qərar - QALIR, YOXSA GEDİR?

Cari mövsüm qeyri-stabil çıxışa görə istefaya göndəriləcəyi gözlənilən "Tottenhem"in baş məşqçisi Maruisio Poçettinonun vəzifəsini davam etdirəcəyi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, bu, London klubunun prezidenti Daniel Levi ilə dünənki görüşdə məlum olub.

5 ildir "Tottenhem"i çalışdıran mütəxəssisə güvəndiyini bildirən rəhbərlik ona sona qədər dəstək olacağını deyib. Klub bossu argentinalı ilə uğursuz zolaqdan necə çıxmağı müzakirə edib.

Mövsümün əvvəlindən işləri qaydasında getməyən məşqçi Kristian Eriksenlə Tobi Alderveyreldin məlum qalmaqalından sonra əksər futbolçular tərəfindən bəyənilmir. Onun istefası gözlənilirdi. Əgər klub Poçettinonu yola salsa, 13 milyon avro təzminat ödəməlidir. Komanda premyer Liqada geridə qalan 12 turdan sonra cəmi 14 xal toplayıb ki, bu da yalnız 14-cü pillədə qərarlaşmağa kifayət edib.

Digər Xəbərlər
Xəbər Lenti