Aqueronun "Çelsi"yə keçidinə kim mane olub?

19 Noyabr 2019 12:12 İngiltərə 1 442
Aqueronun "Çelsi"yə keçidinə kim mane olub?

İngiltərə mətbuatının yazdığına görə Serxio Aquero "Atletiko”da oynayarkən "Mançester Siti”yə yox, “Çelsi”yə keçməli imiş.

Britaniyalı həmkarlarımızın yazdığına inansaq, “Çelsi” hətta "şəhərlilər"lə mübarizədə favorit hesab edirilmiş. Sportinfo.az xəbər verir ki,o vaxt London klubunun kapitan sarğısını daşıyan Con Terrinin fikri çox şeyi dəyişib. Terri Çempionlar Liqasında “Atletiko” ilə qarşılaşmadan sonra argentinalının hərəkətsiz olduğunu rəhbərliyə bildirib. Rəhbərlik də Terrinin fikirlərinə qulaq asıb və Aquerodan vaz keçib. Nəticədə forvard “Mançester Siti”yə keçib.

Aquero 8 ildə 353 oyuna 244 qol vuraraq Premyer Liqa tarixinin ən yaxşı bombardirlərindən biri olmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM