Azarkeşlər millinin müdafiəçisini fitə basdı

15 Noyabr 2019 11:38 İngiltərə 563
Azarkeşlər millinin müdafiəçisini fitə basdı

"Liverpul" və İngiltərə millisinin müdafiəçisi Co Qomez "Mançester Siti" ilə görüşdə Rahim Sterlinqlə yaşadığı qalmaqaldan sonra azarkeşlərin qəzəbinə tuş gəlib.

Sportinfo.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində ötən gecə İngiltərənin Monteneqroya qarşı keçirdiyi görüşdə fanatlar Qomezi fitə basıb. 22 yaşlı futbolçu 70-ci dəqiqədə əvəzetmədən meydana daxil olarkən fanatlar onu fitlə qarşılayıb. Üstəlik müdafiəçinin hər topa toxunuşu zamanı da azarkeşlər onu fitə basmağa davam edib.

Qomezlə millinin düşərgəsində dava edən Rahim Sterlinq isə millinin Monteneqro ilə görüşünün heyətinə daxil edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti