David Silva Yaponiyaya yollanacaq

14 Noyabr 2019 17:04 İngiltərə 1 381
David Silva Yaponiyaya yollanacaq

“Mançester Siti”nin yarımmüdafiəçisi David Silva karyerasını Yaponiyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu “Vissel Kobe” ilə danışıqlar aparır. Yaponiya klubu ispaniyalının “şəhərlilər”lə müqaviləsi başa çatandan sonra müqavilə imzalamaq istəyir.

“Vissel Kobe”də hazırda Andres İnyeste, Serxi Samper, David Vilya, Tomas Vermalen və Lukas Podolski kimi məşhurlar çıxış edir. Silva 2010-cu ildə 29 milyon avro qarşılığında “Valensiya”dan “Mançester Siti”yə keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM