Sterlinq millinin heyətindən kənarlaşdırıldı - QALMAQAL

12 Noyabr 2019 12:58 İngiltərə 1 129
Sterlinq millinin heyətindən kənarlaşdırıldı - QALMAQAL

"Mançester Siti"nin və İngiltərə millisinin forvardı Rahim Sterlinq yığmanın AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində Monteneqro ilə keçirəcəyi görüşdə iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, millinin məşqçilər korpusu 24 yaşlı forvardı həmin oyunlardan uzaqlaşdırıb. Buna səbəb forvardın yığmanın düşərgəsində “Liverpul”lu Jo Qomeslə qalmaqal yaşamasıdır. İki gün əvvəl İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində “Liverpul”- “Mançester Siti” görüşündə Sterlinq Jo Qomezlə oyunun gedişində problem yaşamışdı. Forvard millinin düşərgəsinə gələn kimi Qomeslə həmin söhbəti aydınlaşdırmaq istədiyindən aralarında yenidən problem yaşanıb.

Məhz bu səbəbdən baş məşqçi Sterlinqi millinin qarşıdakı oyunlarına buraxmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM