Quardiolanın istefası gündəmə gəldi

11 Noyabr 2019 18:10 İngiltərə 832
Quardiolanın istefası gündəmə gəldi

2016-cı ildən Xosep Quardiolanın rəhbərlik etdiyi "Mançester Siti" indiyədək heç bir mövsümə belə uğursuz start verməmişdi.

Sportinfo.az xəbər verir ki, "şəhərlilər"in 11 tura 25 xal toplaması klubun son 4 ildə ən zəif göstərcisidir.

Geridə qalan illərdə Mançester klubunu 2 dəfə İngiltərə çempionu edib, ölkə superkuboku və kubokunu qazandıran Pep Premyer Liqanın 12-ci turunun mərkəzi - "Liverpul"la görüşündə səfərdə 1:3 hesabı ilə məğlub olaraq göstəricisini bir qədər də pisləşdirib.

Britaniya mətbuatı yazır ki, "Mançester Siti"nin liderdən artıq 9 xal geri qalması rəhbərliyi narahat etməyə başlayıb. Real görünməsə də, rəhbərlik səviyyəsində baş məşqçinin mümkün istefasının müzakirə olunduğu iddialar arasındadır. Mançesterlilər növbəti turda daha bir İngiltərə nəhəngi - "Çelsi" ilə qarşılaşacaqlar. Oyun millilərin AÇ-2020 oyunlarından sonra - noyabrın 23-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti