"Klopp sehr yaradır, Qvardiola tamaşa hazırlayır"

9 Noyabr 2019 13:55 İngiltərə 691
"Klopp sehr yaradır, Qvardiola tamaşa hazırlayır"

İtaliyalı məşqçi Fabio Kapello İngiltərə Premyer Liqasının XII turunda keçiriləcək "Liverpul" - "Mançester Siti" oyunuöncəsi komandaların baş məşqçiləri ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis "Sky Sports"a açıqlamasında hər iki çalışdırıcının özünəməxsus oyun üslublarının olduğunu bildirib:

"Mənə görə, Klopp sehrli nəsə edir. Bunun nəticəsidir ki, "Enfild"də azarkeşlərin duyğularını əks etdirən fantastik atmosfer hökm sürür. Futbolçular, məşqçi və fanatlar arasında münasibət mükəmməl səviyyədədir. Qvardiola isə fərqlidir. O, komandasını elə oynamağa məcbur edir ki, sanki teatrda tamaşa göstərirlər. Bu çox yaxşı şoudur".

Qeyd edək ki, sabah keçiriləcək "Liverpul" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə 20:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq