Caka yenidən "Arsenal" forması geyinəcəkmi?

9 Noyabr 2019 11:22 İngiltərə 775
Caka yenidən "Arsenal" forması geyinəcəkmi?

"Arsenal"ın baş məşqçisi Unai Emeri Qranit Caka ilə bağlı məsələyə toxunub. Sportinfo.az "Sky Sports"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Cakanın oynamağa hazır olmadığını deyib:

"Hələ ki Caka oynamağa hazır deyil. Çərşənbə axşamı onunla danışdım ki, özünü necə hiss edir. Məşqlərdə həvəslə çalışsa da, dedi ki, hələ oynamaq üçün özünü yaxşı hiss etmir. Gözləyəcəyik. Əvvəl futbolçu ilə danışmalıyam, sonra konkret qərar verməliyəm.

Məşqçi kimi komandaya görə məsuliyyət daşıyıram. Bizə Qranit Caka kimi futbolçu lazımdır. Amma bilmirəm, o yenidən "Arsenal"da oynayacaqmı? Bizə o səviyyəli futbolçu lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq