Ayaq sındıran futbolçu bağışlandı

6 Noyabr 2019 09:37 İngiltərə 1 226
Ayaq sındıran futbolçu bağışlandı

"Tottenhem”in futbolçusu Son Hın Minə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Everton”la qarşılaşmada göstərilən qırmızı vərəqə ləğv olunub.

Sportinfo.az xəbər verir ki, cənubi koreyalı yarımmüdafiəçi həmin qarşılaşmada rəqib futbolçu Andre Qomeşlə mübarizə zamanı kobud oynamış və sarı vərəqə almışdı.

Lakin epizod zamanı Qomeşin ayağının qırıldığını görən baş hakim qərarını dəyişmiş və Sonu meydandan qovmuşdu. “Tottenhem” rəhbərliyi isə futbolçuya göstərilən qırmızı vərəqənin çox sərt qərar olduğunu bildirərək, İngiltərə Futbol Federasiyasına etiraz məktubu ünvanlamışdı.

Artıq federasiya bu məsələ ilə bağlı yekun qərarını açıqlayıb. Qurumdan verilən məlumata görə, cənubi koreyalıya göstərilən qırmızı vərəqə ləğv olunub.

Bu isə o deməkdi ki, Son Hın Min növbəti turda “Şeffild Yunayted”lə ev oyununda komandasına kömək edə biləcək. “Everton” - “Tottenhem” oyunu 1:1 hesabıyla başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq