Deyir ki, MY-dən təklif alana qədər gözlə!

5 Noyabr 2019 12:47 İngiltərə 792
Deyir ki, MY-dən təklif alana qədər gözlə!

“Yuventus”un sabiq baş məşqçisi Fabio Kapello həmyerlisi Massimiliano Alleqriyə məsləhət verib. Sportinfo.az xəbər verir ki, Kapello Alleqriyə tövsiyə edib ki, “Mançester Yunayted”dən təklif gələnə qədər gözləsin.

O, həmyerlisinin “Bavariya”ya da uyğun gələ biləcəyini vurğulayıb: “Alleqri “Bavriya” üçün də əla variant ola bilər. Ancaq Ançelottidən sonra hansısa italyan mütəxəssisin Almaniyada xoşbəxt ola biləcəyini əminliklə deyə bilmərəm.

Əlbəttə, İngiltərə Premyer Liqası onun üçün maraqlı olardı. Bu çempionat hər bir mütəxəssisin inkişafına yardım edir. Əgər Alleqrinin yerinə olsaydım, MY-dən təklif gələnə qədər gözləyərdim”.

Alleqrinin son iş yeri “Yuventus” olub. O, bu komandada 2014-2019-cu illərdə çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq