Mourinyo “Arsenal”ın direktoru ilə görüşdü

4 Noyabr 2019 16:16 İngiltərə 657
Mourinyo “Arsenal”ın direktoru ilə görüşdü

Joze Mourinyo yenidən Premyer Liqada işləyə bilər. Sportinfo.az xəbər verir ki, Mourinyo “Arsenal”ın direktoru Raul Sanllehi ilə görüşüb. Görüşdə “Arsenal”ın hazırkı heyəti və komandanın durumu ilə bağlı müzakirələr aparılıb.

Məlumata görə, “London klubunun direktoru görüşdən razı qalıb. Mourinyonun komnda ilə bağlı fikirləri onu təəccübləndirib. İngiltərə mətbuatı iddia edir ki, “Arsenal” rəhbərliyi Unai Emerinin işindən razı deyil.

Onun yaxın vaxtlarda istefaya göndəriləcəyi gözlənilir. “Topçular" 11 turdan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti