“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola gördüyü ən rəqabətcil futbolçunun adını açıqlayıb. Sportinfo.az xəbər verir ki, bu barədə o, İspaniya mətbuatına danışıb:
“Bir müharibəyə getsəm, Arturo Vidalı da özümlə apararam. Onunla “Bavariya”dan yaxşı xatirələrim var. Döyüşə getsəydim, mütləq mənimlə gələrdi. Çox yaxşı biridir.
Meydanda onun kimi döyüşçü-futbolçu görə bilməzsiz. Onu dayandırmaq üçün sinəsinə təpiklə də vursaz, kifayət etməz. Onda hər zaman döyüşçü oyunçu kimliyini görəcəksiz”.

