Kapitanı heyətə salmadı: "Ən əsası insan olmaqdır”

3 Noyabr 2019 23:45 İngiltərə 903
Kapitanı heyətə salmadı: "Ən əsası insan olmaqdır”

“Arsenal”ın baş məşqçisi Unay Emeri komandanın kapitanı Qranit Caka haqda fikirlərini bildirib. Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis, isveçrəli oyunçunu Premyer Liqanın 11-ci turunun “Vulverhempton”la oyunu üçün heyətə daxil etməməsinin səbəbini deyib:

“Hər zaman ən əsası insan olmaqdır. Caka davranışı səbəbi ilə üzr istədi, ancaq yaşadığı problemlərdən xilas olmaq üçün bir az zamana ehtiyacı var”.

Caka İngiltərə Premyer Liqasının 10-cu turunun “Kristal Pelas”la oyununda (2:2) komandasının azarkeşlərini təhqir etmiş, daha sonra isə sosial şəbəkə hesabı vasitəsilə üzr istəmişdi. Emeri bu səbəbdən Cakanı “Vulverhempton”la oyunun heyətinə salmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq