“Liverpul” eyni gündə ayrı-ayrı qitələrdə meydana çıxacaq?

2 Noyabr 2019 11:35 İngiltərə 720
“Liverpul” eyni gündə ayrı-ayrı qitələrdə meydana çıxacaq?

“Liverpul” İngiltərə Liqa Kubokunun 1/4 final qarşılaşması ilə bağlı liqa rəhbərliyi ilə danışıqlara başlayıb. Sportinfo.az xəbər verir ki, “Liverpul” 1/4 finalda “Aston Villa” ilə qarşılaşacaq. Bu oyun dekabrın 18-nə planlaşdırılıb.

Həmin gün “Liverpul” klublararası dünya çempionatında yarımfinal oyununda meydana çıxmalıdır. Buna görə də, klub rəhbərliyi “Aston Villa” ilə oyunun vaxtının dəyişdirilməsini istəyir.

Ancaq bu məsələdə də problem yaranıb. Məsələ burasındadır ki, bu görüşün yanvarın 8-də keçirilməsi planlaşdırılır. Ancaq həmin günə həm də İngiltərə kubokunun yarımfinal oyunları salınıb.

Başqa bir variant isə odur ki, “Liverpul” eyni gündə müxtəlif heyətlərlə meydana çıxır. Sözsüz ki, əvəzedici heyət Liqa kubokunda, əsas heyət isə Dohada meydana çıxmalıdır.

Belə olan təqdirdə, məşqçilər heyəti də iki yerə ayrılacaq. Klopp Qətərə gedəcək, digərləri isə Liqa kuboku üçün İngiltərədə qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq