"Mançester Siti" "Mbappe"ni almaq istəyir

1 Noyabr 2019 15:33 İngiltərə 852
"Mançester Siti" "Mbappe"ni almaq istəyir

“Styaua”nın hücumçusu Florinel Koman son vaxtlar Avropanın nəhəng klublarının diqqətini çəkə bilib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçunun xidmətində maraqlı olan klublardan biri də “Mançester Siti”dir. "Şəhərlilər" PSJ-nin və Fransa millisinin aparıcı üzvü olan Kilian Mbappe ilə müqayisə edilən Komanı qışda transfer etmək istəyir. Rumın "Vest Hem” və “Roma”nın da transfer siyahısında yer alır.

Karyerasına 2014-cü ildə “Vitorul”da başlayan Koman üç il sonra “Styaua”ya keçib. Cari mövsüm Rumıniya liqasında 11 oyuna 6 qol vuran hücumçu Rumıniyanın U-21 yığmasının üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq