"Roma" ingilisi transfer etmək istəyir

1 Noyabr 2019 01:38 İngiltərə 1 048
"Roma" ingilisi transfer etmək istəyir

“Roma” “Mançester Yunayted”in müdafiəçisi Kris Smollinqi transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, italiyalılar icarəyə götürdükləri Smollinqi buraxmaq istəmir. Romada artıq klublar arasında ilkin danışıq baş tutub.

“Canavarlar” təcrübəli müdafiəçi üçün 10 milyon avroluq təklif edəcək. “Qırmızı şeytanlar” isə futbolçusu üçün 20 milyon tələb edir. Cari mövsüm “Roma”nın heyətində altı oyuna çıxan Smollinq bir qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti