Liverpulda "vur", "vurum"! – VİDEO

31 Oktyabr 2019 09:51 İngiltərə 847
Liverpulda "vur", "vurum"!  – VİDEO

İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, “Liverpul” “Enfild Road”da “Arsenal”ı qəbul edib.

Qarşılaşmada hesabı ev sahibləri açıb. 6-cı dəqiqədə Şkodran Mustafi avtoqola səbəb olub. 19-cu dəqiqədə qonaqlar Lukas Torreyranın qolu ilə hesabda tarazlıq yaradıb. Qabriel Martinellinin dublundan sonra London klubu hesabda 3:1 önə keçib.

43-cü dəqiqədə “Liverpul”un kapitanı Ceyms Milner penaltini dəqiq yerinə yetirməklə fərqi azaldıb. 54-cü dəqiqədə Eynzli Meytlend-Naylz hesabı “Arsenal”ın xeyrinə dəyişib – 4:2.

Lakin meydan sahibləri təslim olmayıb. Gərgin və möhtəşəm mübarizədə keçən qarşılaşmanın 58-ci dəqiqəsində Aleks Oksleyd-Çemberleyn keçmiş komandasını məyus edib – 3:4. 4 dəqiqə sonra “Liverpul”un forvardı Divok Orici qarşılaşmada 8-ci qolun müəllifi olub.

70-ci dəqiqədə “Arsenal” Co Uillokun möhtəşəm qolu ilə hesabda 5:4 önə keçib. Meydan sahibləri yenə də ruhdan düşməyib və sona qədər vuruşub. 90+4-cü dəqiqədə səhnəyə çıxan Divok Orici komandasını məğlubiyyətdən xilas edib – 5:5.

1/4 finala yüksələcək komandanı müəyyənləşdirmək üçün penaltilər seriyası baş tutub. Burada “Liverpul”un futbolçuları daha dəqiq oynayıb və 5:4 hesablı qələbə ilə növbəti raunda yüksəlib. “Arsenal”ın heyətində Dani Sebalyos penaltini dəqiq yerinə yetirməyib.

“Liverpul” – “Arsenal” 5:5 (pen: 5:4)
Qollar
: Şkodran Mustafi, 6 (avtoqol), Ceyms Milner, 43 (pen.), Aleks Oksleyd-Çemberleyn, 58, Divok Orici, 62; 90+4, – Lukas Torreyra, 19, Qabriel Martinelli, 26; 36, Eynzli Meytlend-Naylz, 54, Co Uillok, 70

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"