Maaşlarından imtina etdilər - 0:9-a görə!

28 Oktyabr 2019 23:15 İngiltərə 991
Maaşlarından imtina etdilər - 0:9-a görə!

İngiltərə Premyer Liqasının 10-cu turu “Sautqempton” üçün biabırçı alınıb. Sportinfo.az xəbər verir ki, komanda öz meydanında “Lester”ə 0:9 hesabı ilə məğlub olub.

Bu, klub tarixində ən böyük hesablı məğlubiyyət olub. Elə “Lester”də tarixi ərzində ən böyük hesablı səfər qələbəsi qazanıb.

Qarşılaşmadan sonra “Sautqempton”un məşqçilər heyəti və futbolçular xeyriyyə addımı atmağa qərar veriblər. Komanda üzvləri məvaciblərinin bir hissəsini “Müqəddəslər" Fonduna köçürəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM