Premyer Liqada 2000 qol vuran komanda hansıdır?

28 Oktyabr 2019 23:45 İngiltərə 1 079
Premyer Liqada 2000 qol vuran komanda hansıdır?

İngiltərə Premyer Liqasının 10-ci turunda maraqlı fakt qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, səfərdə autsayder "Norviç"i 3:1 hesabı ilə məğlub edən "Mançester Yunayted" Premyer Liqa tarixində 2000 qol həddinə çatmış ilk komanda olub.

"Qırmızı şeytanlar"ın Premyer Liqada ilk qolunu 1992-ci ildə Mark Hyuz vurub. 500-cü qol 1999-cu ildə Endi Koul, 1000-ci qol 2005-ci ildə Kriştiano Ronaldo və 1500-cü qol 2011-ci ildə Dimitar Berbatovun aktivinə yazılıb.

2000-ci qolun müəllifi isə "Norviç"lə matçda Skott Maktominay olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq