Paytaxt klubu 35 yaşlı qapıçı ilə müqavilə bağladı

16 Oktyabr 2019 10:19 İngiltərə 732
Paytaxt klubu 35 yaşlı qapıçı ilə müqavilə bağladı

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib. Sportinfo.az xəbər verir ki, London təmsilçisi qapıçı Mişel Vormu heyətinə qatıb.

35 yaşlı qapıçı ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. London təmsilçisinin əsas qapıçısı Uqo Lloris bir müddət əvvəl ağır zədə alıb. O, uzun müddət “Tottenhem”ə kömək edə bilməyəcək. Bu üzdən də klub rəhbərliyi heyətə yeni qapıçı cəlb etmək zərurəti duyub.

Vorm bu yay “Tottenhem”lə müqaviləsinin müddəti başa çatdığı üçün klubu tərk etmişdi. Amma özünə başqa klub tapa bilmədiyi üçün azad agent statusu daşıyırdı.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq