“Mən indi burada olduğum üçün bunu deyirəm, qazanmaq istəyirəm”

11 Mart 15:40 İngiltərə 608
“Mən indi burada olduğum üçün bunu deyirəm, qazanmaq istəyirəm”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Nyukasl”ın çalışdırıcısı Eddi Hounun London klubunda onun əvəzləyicisi ola biləcəyi ehtimalı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə belə deyib:

“Ümid edirəm ki, “Çelsi” azarkeşləri bir gün “Nyukasl” azarkeşlərinin Hounu dəstəklədiyi kimi məni də dəstəkləyəcəklər.

Mən indi burada olduğum üçün bunu deyirəm. “Çelsi”nin baş məşqçisiyəm və qələbə qazanmaq istəyirəm”.

Poçettino ötən ilin yayında “Çelsi”nin baş məşqçisi vəzifəsinə təyin olunub.

İngiltərə çempionatının 26 turundan sonra “zadəganlar” 36 xal toplayıb və hazırda 11-ci yerdədirlər.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI