"Əvvəllər çox səhvlər edib, elə deyilmi? Ona qarşı oynasaydım…"

12 Mart 2024 15:20 İngiltərə 769
"Əvvəllər çox səhvlər edib, elə deyilmi? Ona qarşı oynasaydım…"

“Nyukasl”, “Blekbern” və İngiltərə yığmasının keçmiş hücumçusu Alan Şirer “Liverpul”un müdafiəçisi Jozef Qomesi bu mövsüm göstərdiyi performansa görə tərifləyib.

Sportinfo.az xəbər verir ki, Şirer ingiltərəli futbolçunun əvvəllər çox səhvlər etdiyini bildirib:

“O, yaxşılaşdı. Düşünürəm ki, əvvəllər çox səhvlər edib, elə deyilmi? Ona qarşı oynasaydım, əla olardı, çünki şansımı qazanacağıma əmin olardım”.

Qomesin 26 yaşı var və 2015-ci ildən “Liverpul”da çıxış edir. Onun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

“Liverpul” İngiltərə Premyer Liqasında 28 turdan sonra 64 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti