Hücumçunu əsas komandadan uzaqlaşdırdı - "Qarabağ"ın rəqibi

15 Sentyabr 2025 00:00 İngiltərə 557
Hücumçunu əsas komandadan uzaqlaşdırdı -

"Çelsi"nin futbolçusu Mark Quinin zədəsi yoxdur.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.

İtalyan mütəxəssis ispan futbolçunun əsas komandadan uzaqlaşdırıldığını bildirib:

"Markı keçən ildən tanıyırıq. O, hazırda əsas komandada olmayanlardan biridir".

"Çelsi" Mark Quini ötən ilin yayında "Barselona"dan transfer edib. 19 yaşlı forvard mövsümün əvvəlində "Sanderlend"ə icarəyə verilsə də, sonradan geri qaytarılıb.

"Çelsi" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı oyun 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"