“Şadam ki, bu klub məni transfer etdi” – Məşhur hücumçu

14 Sentyabr 2025 16:55 İngiltərə 1 008
“Şadam ki, bu klub məni transfer etdi” – Məşhur hücumçu

“Mançester Siti”nin hücumçusu Erlinq Haland etiraf edib ki, komandaya qoşulmazdan əvvəl də “şəhərlilər”in oyunlarını yaxından izləyirmiş.

Norveçli forvard 2022-ci ilin yayında Dortmund “Borussiya”sından İngiltərə klubuna transfer olunub.

Sportinfo.az “City Report”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu uşaqlıqdan “Mançester Siti”ni izlədiyini bildirib:

“Uşaqlıqdan “Mançester Siti”ni izləyirəm, xüsusilə də, baş məşqçi Pep Qvardiolanın dövründə. O vaxt mən “Zalsburq” və “Borussiya”da oynayırdım.

Bəzən “Mançester Siti”nin oyunlarına baxanda düşünürdüm ki, onlara cərimə meydanında hücumçu çatışmır.

Fikirləşirdim ki, orada olmaq və komandanın yaratdığı imkanlardan istifadə etmək çox yaxşı olardı. Şadam ki, sonda klub məni transfer etdi”.

Haland indiyədək Qvardiolanın rəhbərliyi altında 149 oyunda meydana çıxıb və 127 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"