
“Çelsi”nin baş məşqçisi Enzo Mareska bəzi oyunçuları, o cümlədən Rahim Sterlinqi əsas heyətə qaytarmaq niyyətində olmadığını açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis planlarının ritmi davam etdirmək olduğunu bildirib:
“Mövsümün əvvəlindən bəzilərini görmədim. Mən Renato Veyqanı, Aksel Disasini və Rahim Sterlinqi görmədim, çünki onlar fərqli vaxtlarda və ayrı meydançada məşq edirlər.
Onların hələ də “Çelsi” ilə müqavilələri var. Planımız eyni ritmi davam etdirməkdir”.
Baş məşqçi əlavə edib ki, bu oyunçuların əsas heyətə qayıtmaq şansı yoxdur.
“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.