“Dünyanın ən yaxşısıdır” - “Qarabağ”ın rəqibinin müdafiəçisi haqda

10:00 İngiltərə 79
“Dünyanın ən yaxşısıdır” - “Qarabağ”ın rəqibinin müdafiəçisi haqda

Niderland millisinin sabiq futbolçusu Yap Stam “Liverpul”un üzvü Vircil van Daykı dünyanın ən yaxşı müdafiəçisi adlandırıb.

Sportinfo.az xəbər verir ki, özü də vaxtilə müdafiə xəttində çıxış edən sabiq futbolçu “Algemeen Dagblad”-a verdiyi açıqlamada Van Daykı dünyanın ən yaxşı müdafiəçisi hesab etdiyini deyib:

“Mən Vircili dünyanın ən yaxşı müdafiəçisi hesab edirəm. Heç kəs mükəmməl deyil, amma onun hər şeyi var: xarizma, fiziki güc, hava mübarizələrində üstünlük, ötürmələr və liderlik keyfiyyətləri.

O, fərdi oyunda da daha yaxşı olub. Müasir futbol onun oynadığı mövqedən çox şey tələb edir, amma o ideal müdafiəçidir”.

34 yaşlı Van Dayk artıq “Liverpul”da 9-cu mövsümünü keçirir və millidə 84 oyunda iştirak edib.

Onun komandası yanvarın 28-də, UEFA Çempionlar Liqasının əsas mərhələsinin son matçında “Qarabağ”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti