Prezident postuna namizəd hansı ulduza göz dikib?

13 Sentyabr 2025 01:40 İngiltərə 513
Prezident postuna namizəd hansı ulduza göz dikib?

"Benfika"nın prezidenti postuna namizədliyini irəli sürən portuqaliyalı sahibkar Joao Lopes Lissabon klubunun əsas transfer hədəfi kimi "Mançester Siti"nin 31 yaşlı yarımmüdafiəçisi Bernardo Silva olduğunu müəyyənləşdirib.

Sportinfo.az “Record”a istinadən xəbər verir ki, Lopes artıq Silva ilə danışıqlar aparılır.

Təcrübəli futbolçu ilə yanvarda imzalana biləcəyi müqavilənin hazırlandığı vurğulanıb.

Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 410 matçda iştirak edib, 72 qol vurub və 73 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqavilə müddəti 2026-cı ilin yayına kimi hesablanıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"