Niderland millisinin hücumçusunu transfer etdi - "Qarabağ"ın tanınmış rəqibi

13 Sentyabr 2025 00:20 İngiltərə 478
Niderland millisinin hücumçusunu transfer etdi -

"Strasburq"un hücumçusu Emanuel Emeqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, "Çelsi" niderlandlı futbolçunun keçidini həll edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı forvard gələn ilin yayında London klubuna qoşulacaq.

"Strasburq" Emanuel Emeqanı 2023-cü ildə "Şturm Qraz"dan transfer edib. Niderland U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 3 qol vurub.

"Çelsi" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı oyun 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"