Beyin şişi olan qızın əməliyyat xərclərini ödədi - “Mançester Yunayted”in hücumçusu

12 Sentyabr 2025 21:40 İngiltərə 900
Beyin şişi olan qızın əməliyyat xərclərini ödədi - “Mançester Yunayted”in hücumçusu

“Mançester Yunayted”in hücumçusu Brayan Mbeumo yaxınlarda keçirilən bir avtoqraf sessiyasında 9 yaşı olan Ameliya adlı qızla tanış olub.

Sportinfo.az “Daily News”-a istinadən xəbər verir ki, qız “Mançester Yunayted” şərfi ilə tədbirə gəlib və utana-utana sağlamlıq problemi – beyin şişi olduğunu etiraf edib.

Mbeumo bundan sonra klub nümayəndələrindən qızın ailəsi haqqında məlumat toplamağı xahiş edib və daha sonra xəstəxananı ziyarət edərək, Ameliyanın bahalı əməliyyatının pulunu özü ödəyib.

Kamerunlu futbolçu hər şeyi səs-küy yaratmadan və vasitəçilər olmadan həyata keçirib. Hətta tibbi hesabları birbaşa özünə təqdim etmələrini istəyib. Ancaq bu xeyirxah hərəkət mediaya sızıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"