
“Milan”u Aleksis Salemakerslə müqaviləni yeniləməyə hazırlaşır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı vingerin yayda komandadan ayrılacağı ilə bağlı söz-söhbətlər olsa da, o, “qırmızı-qaralar”da qaldı və indi yeni sözləşməyə imza atmağa yaxındır.
Bildirilir ki, 26 yaşlı futbolçunun illik maaşı 3 milyon avroya qədər artırılacaq.
Hazırda Salemakersin klubla qüvvədə olan müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, ötən mövsümü icarə əsasında “Roma”da keçirmişdi.
Massimiliano Alleqrinin komandası bazar günü evdə “Bolonya” ilə qarşılaşacaq.