Avqustun ən yaxşı oyunçusu məlum oldu - Premyer Liqada ilk dəfə

12 Sentyabr 2025 18:20 İngiltərə 519
Avqustun ən yaxşı oyunçusu məlum oldu - Premyer Liqada ilk dəfə

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Cek Qriliş ilk dəfə olaraq Premyer Liqada “ayın oyunçusu” mükafatını qazanıb.

“Mançester Siti”nin 30 yaşlı vingeri hazırda icarə əsasında “Everton”da çıxış edir.

O, avqustda Premyer Liqada üç oyun keçirib, 4 məhsuldar ötürmə verib.

Qriliş mükafatı qazanmaq üçün Rikkardo Kalafiori (“Arsenal”), Huqo Ekitiike, Dominik Soboslayi (hər ikisi “Liverpul”), Mark Quehi (“Kristal Pelas”), Erlinq Haland (“Mançester Siti”), Joao Pedro (“Çelsi”) və Antuan Semenyonu (“Bornmut”) geridə qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"