Portuqaliyalı “Qarabağ"a qarşı oynamayacaq - "Çelsi"də

02:20 İngiltərə 67
Portuqaliyalı “Qarabağ"a qarşı oynamayacaq - "Çelsi"də

Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi" ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Dariu Assuqu sıradan çıxıb.

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Ayaq əzələsindən zədələnən portuqaliyalı futbolçu əməliyyat olunub. 20 yaşlı dayaq yaarımmüdafiəçisi 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

"Çelsi" Dariu Essuqunu mövsümün əvvəlində "Sportinqq"dən 22 milyon avroya transfer edib. Portuqaliya U-21 millisinin üzvü "mavilər"in heyətində 3 rəsmi matçda meydana çıxıb.

"Qarabağ"ın "Çelsi" ilə oyunu 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM