Türkiyədə oynamaq istəmədi - “Mançester Yunayted”in müdafiəçisi

11 Sentyabr 2025 21:40 İngiltərə 516
Türkiyədə oynamaq istəmədi - “Mançester Yunayted”in müdafiəçisi

“Mançester Yunayted”in müdafiəçisi Tayrell Malasiya karyerasını Türkiyədə davam etdirmək istəmir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun icarə əsasında “Eyüpspor”a keçidi müzakirə olunub.

Klublar razılığa gəlməyə hazır olublar, ancaq oyunçunun özü Türkiyə çempionatına transferi rədd edib.

26 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Onun bazar dəyəri hazırda 8 milyon avro təşkil edir.

O, ötən mövsümün ikinci yarısını icarə əsasında PSV-də keçirib və Erediviziyada 8 matçada iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"