Ronaldinyonun 20 yaşlı oğlu İngiltərədə hansı kluba keçir? - “Mən atam olmaq istəmirəm"

01:40 İngiltərə 89
Ronaldinyonun 20 yaşlı oğlu İngiltərədə hansı kluba keçir? - “Mən atam olmaq istəmirəm

Braziliyalı sabiq futbolçu Ronaldinyonun oğlu Joao Mendeş karyerasını İngiltərədə davam etdirməyə yaxındır. 2005-ci il təvəllüdlü futbolçu Çempionşipdə çıxış edən “Hall Siti” ilə müqavilə bağlamaq üzrədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı oyunçu İngiltərə futboluna xüsusi maraq göstərir.

O, daha əvvəl “Bernli”in gənclər komandasında da çıxış edib. Gənc futbolçu şəxsi yolu ilə getmək niyyətindədir və bununla bağlı öz mövqeyini belə ifadə edib:

“Mən atam olmaq istəmirəm, mən Joao Mendeşəm”.

Bu yanaşma onun vaxtilə atasının ən parlaq illərini keçirdiyi “Barselona”nı tərk etməsinə də səbəb olub. Braziliyalı futbolçu orada yaranan müqayisələrdən və təzyiqlərdən narahatlıq hiss etdiyini gizlətmir.

Ronaldinyo karyerası boyunca heç vaxt İngiltərədə çıxış etməyib. Mümkündür ki, məhz bu səbəbdən, Joao Mendeş üçün İngiltərə yeni bir başlanğıc və fərqlənmək üçün ideal məkandır.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”