“Qarabağ”ın rəqibi ingiltərəli yarımmüdafiəçini transfer edəcək?

00:10 İngiltərə 64
“Qarabağ”ın rəqibi ingiltərəli yarımmüdafiəçini transfer edəcək?

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu “Napoli”yə keçmək imkanı qazanmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Yay transfer dövründə komandadan gedişinə icazə verilməyən 20 yaşlı futbolçu oynamaq şansı qazanmasa, yanvarda “Old Trafford”u tərk etməyə çalışacaq.

O, əsas məqsədinin İngiltərə millisi ilə qarşıdakı dünya çempionatında iştirak etmək olduğunu bildirib.

İngiltərəli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Mainuun keçmək istədiyi “Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”